Sonuncu Qəhrəman-Həzi Aslanov
Bu veriliş ANS televiziyasında 09.05.2015-ci ildə çəkilib və yayımlanıb.
Veriliş- Qəhrəman Həzi Aslanova həsr edilib. O, 22 yanvar 1910- cu ildə Lənkəranda anadan olub, 25 yanvar 1945-ci ildə vəfat edib. Sovet-Azərbaycan hərbiçisi, general-mayor olan Həzi Aslanov 2 dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş yeganə azərbaycanlıdır. O, 8-ci çağırış Bakı Sovetinin üzvü olub. 1937-ci ildə Ukrayna SSR-ın Obruç şəhər sovetinin deputatı seçilib. İkinci dünya müharibəsinə qədər, Sovet Ordusunda, vzvod komandiri, tank rotasının komandiri, əlahiddə tank batalyonu məktəbinin rəisi, batalyon komandirinin tədris-atıclıq hissə üzrə köməkçisi, batalyon komandiri, 10-cu tank-mühəndis diviziyası komandirinin texniki hissə üzrə köməkçisi hərbi vəzifələrində çalışıb. 1940-cı ilin noyabrında vaxtından əvvəl mayor rütbəsi verilib. 1941-ci ildə Donbas ətrafında düşmən hücumlarını beş ay dəf etdiyindən və onu ağır tələfata uğratdığından sonra Moskvaya çağırılıb və Krıma 55-ci əlahiddə tank briqadasında, briqada komandirinin müavini vəzifəsinə təyin edilib.
#Həzi Aslanov #qəhrəman #SovetİttifaqıQəhrəmanı