SON BESİK - Ceyhun Hacıbəyli
Bu veriliş ANS televiziyasında 05.02.2016-cı ildə çəkilib və yayımlanıb.
Publisist, ədəbiyyatşünas, ictimai xadim - Ceyhun Əbdülhüseyn oğlu Hacıbəyli 3 fevral 1891-ci ildə Şuşada doğulmuşdur. Üzeyir Hacıbəyovun kiçik qardaşıdır. İlk təhsilini Şuşada, orta təhsilini Bakıda almışdır. Daha sonralar Peterburq və Sarbonna universitetlərində təhsil almışdır. Gəncliyində musiqi və teatrla maraqlanmış, sonra əsaslı şəkildə ədəbiyyat və publisistika ilə məşğul olmuşdur. Parisdə yaşayaraq “Revyu de Monde musulman” jurnalında Azərbaycan türklərinin mədəniyyəti ilə bağlı mütəmadi olaraq məqalələrlə çıxış etmişdir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti bərqərar olduqda C. Hacıbəyli Bakıya qayıdaraq rusdilli “Azərbaycan” qəzetinin redaktoru olmuşdur.