“ASAN xidmət” ermənilərin vətəndaşlıq almasına kömək edəcək
Bunu ASAN xidmətının sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib ki, Qarabağda yaşayan və Azərbaycan qanunlarına əməl edən ermənilər vətəndaşlıq ala biləcəklər.
“Bu məsələ ilə bağlı hər hansı qərar olarsa, biz onu icra edəcəyik. Qanunlarımıza əməl edənlər Azərbaycan vətəndaşlığını ala biləcəklər” deyən o, bu halda onlara lazımi sənədlərin verilməsi üçün “ASAN xidmət”in xidmət göstərəcəyini bildirib.