XƏBƏRLƏR / İctimaiyyət

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən erməni tutulub

Bu barədə ictimai vəkil Teona Feraadze məlumat verib

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən erməni tutulub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Tbilisidə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

    Bu barədə ictimai vəkil Teona Feraadze məlumat verib.

    Teona Feraadzenin sözlərinə görə, saxlanılan şəxs 40 yaşdan yuxarı Ermənistan vətəndaşıdır və Gürcüstana turist kimi gəlib. O, hazırda susmaq hüququndan istifadə edir.

    Müstəntiqlərin sözlərinə görə, 21 sentyabr gecəsi o, Tbilisi parkında ucaldılmış Əliyevin abidəsinə zərər vurduğu iddia edilir. Daha sonra o, ölkəni dərhal tərk etməyə cəhd göstərsə də, sərhəddə saxlanılıb. Dövlət əmlakına zərər vurduğuna görə beş ilə qədər həbs cəzası ilə üzləşir.

    İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin birinci hissəsi ilə aparılır.

    Saxlanılan şəxsin barəsində həbs qətimkan tədbiri seçilib. İlkin məhkəmə iclasının noyabrın 12-də keçirilməsi nəzərdə tutulur.

    Qeyd edək ki, büstün zədələnməsi barədə məlumat ilkin olaraq sosial şəbəkələrdə yayılıb. Hadisə sentyabrın 21-də səhər saatlarında baş verib.

    Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də daha əvvəl Gürcüstan mediasına bildirib ki, hadisə ilə bağlı ehtimal olunan şəxs saxlanılıb və Gürcüstan Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər aidiyyəti qurumlar tərəfindən istintaq və prosessual tədbirlər davam etdirilir.