Pirə ziyarətə gedən iki qardaş və əmiləri çayda boğulublar
FHN-nin xilasetmə qüvvələri axtarışlara cəlb olunub

Qobustan rayonunun Poladlı kəndində üç nəfər çayda boğulub.
Rayonun Ərəbqədim kənd sakinləri – 1992-ci il təvəllüdlü Rahib Cavadlı və qardaşı uşaqları 2010-cu il təvəllüd Eyyub Cavadlı və 2007-ci il təvəllüdlü Teyyub Cavadlı pirə ziyarətə gediblər.
Eyyub Cavadlı ayağının sürüşməsi nəticəsində Pirsaat çayına düşüb. Onu xilas etmək istəyən əmisi və qardaşı da çayda boğulublar.
FHN-nin xilasetmə qüvvələri axtarışlara cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində batan şəxslərin meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.