AŞPA Gürcüstan əleyhinə daha bir qətnamə qəbul etdi
Qətnaməyə üçü əleyhinə, beşi bitərəf olmaqla 89 Assambleya üzvü səs verib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) səs çoxluğu ilə “Gürcüstandakı vəziyyət və “Gürcüstan parlament nümayəndə heyətinin təsdiq edilməmiş etimadnaməsinə əsaslı əsaslarla etiraz edilməsi haqqında” qətnamənin icrası haqqında” qətnaməni qəbul edib.
Üçü əleyhinə, beşi bitərəf olmaqla 89 Assambleya üzvünün dəstəyini alan qətnamə "ölkənin davam edən demokratik geri çəkilməsini qətiyyətlə pisləyir" və hökuməti əvvəlki qətnamələrdə verilən və hələ də icra olunmamış tövsiyələri yerinə yetirməyə çağırır.
Xatırladaq ki, AŞPA yanvarın 29-da qurumun qış sessiyasında Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərini məhdudlaşdırıb. Bununla əlaqədar həmin gün hakim “Gürcü arzusu” partiyası təşkilatda fəaliyyətini dayandırıb.
Məlumat üçün bildirək ki, AŞPA Avropa Şurasının məsləhətçi orqanıdır (Aİ sisteminə daxil deyil). Onun tərkibi 46 ölkə parlamentinin nümayəndələrindən ibarətdir.