AŞPA-nın həmməruzəçiləri Kimmo Kilyunen və Borianna Aberq Ermənistanın Syunik vilayətində (Zəngəzur) olublar. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Onlar yerli sakinlərlə görüşüblər. Həmməruzəçiləri Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan da müşayiət edib.
Məlumata görə, AŞPA həmməruzəçiləri Laçın dəhlizinin Ermənistan tərəfdə olan giriş-çıxışındakı keçid məntəqəsinə də baş çəkiblər.
Qeyd edək ki, bundan əvvəl həmməruzəçilər Cermukda olmuşdular.