XƏBƏRLƏR / İctimaiyyət

Astarada kütləvi zəhərlənmə olub,2 nəfərin vəziyyəti ağırdır

TƏBİB xəbər verir

Astarada kütləvi zəhərlənmə olub,2 nəfərin vəziyyəti ağırdır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 5-i saat 11:00-da müxtəlif qastrointestinal şikayətlərlə 8-i uşaq olmaqla, ümumilikdə, 15 nəfər (9-u qadın, 6-sı kişi) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

    Bu barədə TƏBİB-dən məlumat verilib. 

    Bildirilib ki, onlara zəruri tibbi xidmət göstərilib. Müalicələri Yoluxucu xəstəliklər şöbəsində davam etdirilən pasiyentlərdən 13-nün vəziyyəti qənaətbəxş, ikisinin vəziyyəti isə nisbi ağır qiymətləndirilir.