XƏBƏRLƏR / Siyasət

Avropa Parlamentində Azərbaycanla münasibətlərə dair məruzə

ANS PRESS Azərbaycanın əleyhinə və lehinə olan müddəaları ayırıb

Avropa Parlamentində Azərbaycanla münasibətlərə dair məruzə
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi xorvatiyadan olan deputat Jeliana Zovkonun Aİ-nin Azərbaycanla münasibətləri haqqında məruzəsini qəbul edib.

    Hesabatda qeyd edilir: "Üç onillikdən çox Dağlıq Qarabağ münaqişəsi və Ermənistanla Azərbaycan arasında müharibə beynəlxalq səviyyədə Azərbaycanın suveren ərazisi kimi tanınan ərazilərin işğalı, on minlərlə qurban, nəhəng mədəni və dini obyektlər də daxil olmaqla dağıntılara, yüz minlərlə insanın qaçqın düşməyinə səbəb oldu. Azərbaycan və Ermənistan arasında ölümcül hərbi toqquşmalar fasilələrlə davam edir.
    Azərbaycanın 2020-ci ildə başlatdığı müharibədə 44 gündən sonra qəbul edilən 9 noyabr 2020-ci il atəşkəs bəyanatı tam həyata keçirilməyib.

    Münaqişənin həlli və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması.
    Şura üzvləri əmindirlər ki, Ermənistan və Azərbaycan arasında davamlı sülh hərbi yolla və güc təhdidi ilə əldə edilə bilməz, lakin beynəlxalq hüquq hərtərəfli siyasi həlli tələb edir. Onlar təsdiq etdilər ki, effektiv olmaq üçün hərtərəfli sülh müqaviləsinə təminat verən müddəalar daxil edilməlidir:
    Ermənistanın suveren ərazisinin bütövlüyü, Dağlıq Qarabağda yaşayan erməni əhalinin hüquqları və təhlükəsizliyi, eləcə də bütün qaçqınların və məcburi köçkünlərin öz evlərinə tez və təhlükəsiz qayıtması.

    Hesabatda Ermənistan və Azərbaycan rəhbərliyinin fikir ayrılıqlarını aradan qaldırmaq, regionda davamlı sülhə nail olmaq üçün danışıqların davam etməsinə dair atdıqları çoxsaylı addımlar alqışlanıb.

    Azərbaycanın əleyhinə olan müddəalar:

    - Məruzədə bir neçə dəfə "Dağlıq qarabağ" ifadəsi işlədilir;

    - Azərbaycanın 2020-ci ildə başlatdığı 44 günlük müharibə;

    - Səmərəli olmaq üçün, hərtərəfli sülh müqaviləsinə Ermənistanın suveren ərazisinin bütövlüyü daxil edilməlidir (Azərbaycanın ərazi bütövlüyü qeyd olunmayıb - ANS Press);

    - Dağlıq Qarabağda və digər münaqişə zonalarındakı (???) erməni əhalisinin hüquq və təhlükəsizliyi (ancaq erməni əhalisindən söhbət gedir - ANS Press);

    -  Azərbaycan hakimiyyətinə Laçın dəhlizi ilə hərəkətin azadlığını və təhlükəsizliyini təmin etməyə çağırılır;

    - Azərbbaycan "Dağlıq Qarabağ" ərazisində bütün azlıqların təhlükəsizliyini və hüquqlarına hörməti təmin etməyə çağırılır;

    - Demokratiya, insan haqları, qanunun aliliyi və əsas azadlıqlar, o cümlədən ifadə və sərbəst toplaşma azadlığı, ədalətli idarəetmə, azlıqların hüquqları, KİV azadlığı və qender bərabərliyi beynəlxalq stanndartlara cavab verməlidir;

    - Məhkəmə sisteminin müstəqilliyinin, qərəzsizliyinin və səmərəliliyinin olmaması;

    - Korrupsiya ilə mübarizənin zəifləməsi;

    - Üzvlər 2022-ci ilin fevralında Moskvada imzalanmış Azərbaycan və Rusiya arasında Müttəfiqlik Əməkdaşlıq haqqında Bəyannamədən dərin narahatdırlar; 

    - Bundan əlavə, BMT Baş Assambleyasında işğalçılıq müharibəsi ilə bağlı səsə qoyulan qətnamələrə Azərbaycan tərəfindən dəstək verilmədiyi qeyd olunub;

    - Rusiya Ukraynaya qarşı və Azərbaycanı Rusiyaya qarşı sanksiyalardan yayınmamağı təmin etməyə çağırılıb. 

    Azərbaycanın xeyrinə olan obyektiv müddəalar:

    - Ermənistanla Azərbaycan arasında müharibə Azərbaycanın beynəlxalq səviyyədə mənsubiyyəti kimi tanınan suveren ərazilərin işğalına, on minlərlə qurbanlara, mədəni və dini obyektlər də daxil olmaqla nəhəng dağıntılara və yüz minlərlə insanın köçünə gətirib çıxardı;

    - Bütün qaçqınlar və məcburi köçkünlərin  tez və təhlükəsiz öz evlərinə qayıtması;

    - Ermənistanın silahlı qüvvələrini çıxarmaq öhdəliyini xatırladılıb;

    - Ermənistan Azərbaycanın Qərb  rayonları və Naxçıvan Muxtar Respublikasına arasında vətəndaşların, nəqliyyat vasitələrinin və malların hər iki istiqamətdə maneəsiz hərəkətin təhlükəsizliyinə zəmanət verir;
     
    - Azərbaycanın Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə rəsmi dəstəyini, habelə davam edən müharibə zamanı Ukraynaya göstərdiyi humanitar yardımı alqışlanıb;