Avropada təbii qazın qiyməti 42% artıb
Artım “Qatar Energy” şirkətinin müharibənin davam etməsi ilə əlaqədar maye qaz istehsalın dayandıracağı xəbərdarlığıdır
Avropada təbii qazın qiyməti 42% artıb.
Bu barədə “Associated Press“ məlumat yayıb.
Aprel ayında çatdırılma üçün ICE birjasında təbii qazın qiyməti 45.46 avroya (53.26 ABŞ dolları) yüksəlib.
Bildirilir ki, bu artım “Qatar Energy” şirkətinin müharibənin davam etməsi ilə əlaqədar maye qaz istehsalını dayandıracağını bildirməsindən sonra baş verib.
Qeyd edək ki, İranın pilotsuz uçuş aparatları şirkətin zavodlarına hücum edib. Ciddi insan tələfatı və ziyan olmasa da, hücumlar ölkənin enerji sektorunda böyük narahatlıq yaradıb.
1 dəqiqədən az