Avropanın müdafiəsini Türkiyəsiz təsəvvür etmək mümkün deyil
Bunu NATO-nun Baş katibi Mark Rutte bəyan edib

Mark Rutte: “Avropanın müdafiəsini Türkiyəsiz təsəvvür etmək mümkün deyil”
Polşada keçirilən tədbirdə iştirak edən NATO-nun Baş katibi Mark Rutte Ukraynada davam edən müharibə və artan geosiyasi gərginlik fonunda NATO birliyindən narahatlığını ifadə edib.
Mark Rutte Türkiyə kimi ölkələrin NATO-ya mühüm töhfələrinə işarə edərək, "Avropanın müdafiəsini onlarsız təsəvvür etmək mümkün deyil. Təhlükəsizliyimizin əsas qarantı olan Amerika nüvə çətirini heç nə əvəz edə bilməz" deyib.