“Avroviziya”da bu mahnı ilə çıxış edəcəyik VİDEO

Mahnının müəllifi bu il ölkəmizi “Avroviziya”da təmsil edəcək Fahree - Fəxri İsmayılov özüdür

  • Oxuma müddəti:

    0 dəqiqə

  • “Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin ifa edəcəyi mahnı təqdim olunub. 

    Mahnı müsabiqənin rəsmi yutub səhifəsində yerləşdirilib. 

    Mahnının müəllifi bu il ölkəmizi “Avroviziya”da təmsil edəcək Fahree - Fəxri İsmayılov özüdür.

    Müasir pop və ənənəvi etnik musiqi janrlarını özündə birləşdirən mahnının üzərində Fahree ilə birgə gənc, istedadlı yerli musiqiçilər - Mado Salikh, Edqar Ravin, Həsən Heydər və Mila Miles çalışıblar.

    Mahnının muğam hissəsini digər təmsilçimiz İlkin Dövlətov ifa edib.

    Xatırladaq ki, təmsilçilərimiz İsveçin Malmö şəhərində mayın 7-də səhnəyə çıxacaqlar.