BLOQ

Ay və Gün tutulması nədir?

Pulun süni yağış yağdıra biləcək qədər çoxdursa, Dubayın su altında qalmasını bilməli idin

Ay və Gün tutulması nədir?
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Hər üçünün (Ay, Günəş,Yer) eyni paraleldə, ortada yerin qərar tutması nəticəsində ayın, ortada ayın qərar tutması nəticəsində günəşin tutulması baş verir. Quran bunu "ayə" adlandırır.

    Quranda ayə nədir?

    Ayə Qurana görə əlamət, nişanə, qanun, Quran ayəsi, möcüzə, dəlil, isbat, sübut, izah və başqa mənalar verir. Yəni , Quranın çoxmənalı sözlərindən biridir. Quran yaradılış üzərinə hakim olan qanuna həm də "sunnətullah" adını verir.

    Bəs qanun nədir?

    Qanun yunanca "canon" mənşəli sözdür. Ərəb dilinə isə Süryani dilindən gəlmədir. Sözün əsl mənası isə "xətkeş" və "düz xəttdir". Ərəb dilinə keçdikdən sonra qayda və qanun mənasında işlənməyə başlanır. Hal-hazırda Avropa dillərində kilsə və sinaqoqların nizam-intizamı mənasında işlənir. 

    Dil fəlaəfəsində bir sözün etimoloji kökünün onun tətbiqi ilə əlaqəli olmasından söz açılır. Deməli, "düz xətt" əsas götürülməlidir. Qanun - yəni hamının düz xətt boyunca hərəkət etməsi, mailiyə meyl etməməsi.

    Bəs qanun dəyişə bilərmi? Əgər söhbət bəşəri qanunlardan gedirsə, bəli, bu zəruridir. Çünki insanların düşüncə tərzi zaman və məkana görə dəyişməlidir. Dəyişməməsi isə fəsad və gerilikdir. Necə ki İslam dinində 15 əsr bundan əvvəl icraata qoyulan bir çox ictimai qanunların dəyişməsi müsəlmanlrın onun acısını çəkməyə vadar edir.

    Bəs ilahi qanunlar? Quran üç yerdə "sünnətullah"ın, yəni Allahın kainat üzərinə hakim etdiyi qanunun dəyişməz və əvəzolmazlığından xəbər verir. "SƏN ALLAHIN QANUNLARINDA NƏ BİR DƏYİŞİYLİK , NƏ DƏ BİR ƏVƏZOLMA GÖRƏRSƏN". Payızda yarpaqlar saralıb sonra tökülməlidir. İnsan müdaxiləsi nəticəsində saralmadan tökülürsə, Quran buna "fəsad" adını verir. Sənin ərəb olaraq pulun süni yağış yağdıra biləcək qədər çoxdursa, Dubayın su altında qalmasını göz önünə almalı idin.

    Çünki inanıb və iman gətirdiyin, amma əməl etmədiyin kitab bundan xəbər verir.

    İndi qayıdaq Ay və Günəş tutulmasına. Bu təbii  cərəyan hər il bir neçə dəfə baş verir və verməlidir. Sadəcə, bəzi ölkələr bunu müşahidə edə bilmirlər. Və təbii ki, İslamın zühurundan sonra bu cərəyan baş verirdi. Ondan əvvəl də cahil ərəblər bunun şahidi olurdular. Buradan belə bir sual meydana gəlir. İslamdan əvvəlki ərəblər bunu qorxulu hal kimi qəbul etmirdilərsə, İslamdan sonrakı ərəblər niyə qorxuya düşüb Ay və Günəş batmasını qeyri-adi hal kimi qəbul edib, "ayət namazı" qılmağa başlayırlar?!

    Başqa bir sual. Quranda "Mənim nişanələrim dəyişdikdə namaz qılın" hökmü keçirmi? Xeyr, keçmir. Zəlzədən dəfələrlə xəbər verən Quran və Ay-Günəş batmasından dəfələrlə qorxulu bir hal üçün bu hökmü vermir. Eləcə də insan həyatı üçün  gerçək təhlükə olan quraqlıq və torpaq sürüşmələri barədə də. Bu məqaləni oxuyub razılaşmayan əksəriyyətdə ənənəvi olaraq iradla dolu bu sual yaranacaq :" Hə, qılmağın nə ziyanı var ki?". Cavab olaraq bunu deyəcəm: ibadətləri ziyan və xeyir üçün yerinə yetirmirik. Allahın vacibatı və Ona yaxın olmaq üçün yerinə yetiririk. O da Peyğəmbərlə bizə  çatır. Bəs onun özü ayət namazı qılıbmı? Nəticə olaraq bunu deyim ki, əsl qorxulu hal Ay və Günəşin tutulması yox, TUTULMAMASIDIR. Yəni, Allahın kainat üzərinə hakim etdiyi qanunun pozulması... Çünki bu nizamı üzərinə götürən və onun yaradıcısı olanın adlarından biri də Həkimdir.

    Həkim, yəni hər bir varlıq və hadisəni haqqı ilə tanımaq, hər işi səbəb və nəticəsi üzərində yerinə yetirmək. Quranıın adlarından biri də Hikmətdir. Loğmanın oğluna etdiyi tövsiyələrdən birində varlıq aləmini haqqı ilə tanıyıb yalnız xeyirxah işlər görmək yer alır... Həkim olan Allah bizi hikmətli işlər görənlərdən qərar versin. Amin ya Muin.