Ay və Marsda şəhərlər yaxın 10 ildə yarana bilər
Buna Elon Mask söz verir
Elon Maskın sözlərinə görə, Ay və Marsda şəhərlər yaxın onilliklərdə yarana bilər.
"SpaceX artıq diqqətini Ayda özünü təmin edən bir şəhər qurmağa yönəldib və biz buna on ildən az müddətdə nail ola bilərik", - deyə amerikalı sahibkar X sosial media platformasında yazıb.

Mask həmçinin SpaceX-in Marsda şəhərin tikintisinə beş-yeddi il ərzində başlamaq niyyətində olduğunu açıqlayıb.
Onun sözlərinə görə, Marsa səyahət yalnız hər 26 aydan bir planetar düzülüşlərlə mümkündür (uçuş müddəti altı aydır), Aya isə hər 10 gündən bir buraxılış mümkündür (uçuş müddəti iki gündür).
Əvvəllər SpaceX-in planetə eniş etmək üçün 2026-cı ildə Marsa pilotsuz uçuş həyata keçirməyi planlaşdırdığı bildirilirdi, lakin Elon Maskın planları dəyişdi və prioritet "gözdən pərdə asmaq ücün manevr" adlandırılan Aya verildi.
1 dəqiqə