Selcuk Bayraktar iranlı "ağzıgöycəklərin" cavabını verdi
“Akıncı” PUA-larının Rəisinin helikopterini tapmaqda rolu böyük olub
"Ərazi şərtlərinin mürəkkəb olmasına baxmayaraq, “Akıncı” PUA-larının helikopteri tapmaqda rolu böyük olub".
Bu barədə Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar jurnalistlərə açıqlamasında bildirib.
O həmçinin bildirib ki, Azərbaycandakı “Akıncı” pilotsuz uçuş aparatı İran Prezidentinin helikopterinin qəzaya uğradığı yerdə axtarışlar aparmaq üçün hazır vəziyyətdə olub.
"Azərbaycandakı texniki heyəti buna hazır idi", - şirkət rəhbəri deyib.
Xatırladaq ki, "Akıncı" PUA-sı Rəisinin qəzaya uğramış helikopterinın yerini tapandan sonra İranın Qızıl Aypara Cəmiyyətinin məmuru jurnalistlərə demişdi ki, helikopterin yerini İran vasitələri özləri aşkar edib.