Dekabrın 5-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Lerikdə 9, Bakıda və Abşeron yarımadasında 7, Şəmkir və Qubada 4, Qobustanda 3, Astara, Şabran və Lənkəranda 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Ordubad, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Altıağac, Qusar, Beyləqan, Sabirabad, Göyçay, Neftçala, Yardımlıda 1 mm-dir.
Naxçıvan, Şərur, Sədərək, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Balakən, Qax, Şəki, Şamaxı, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
1 dəqiqədən az