XƏBƏRLƏR / İctimaiyyət

Azad edilmiş ərazilərdə 508 meyit qalıqları tapılıb

Bunu Azərbaycanın Baş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyev deyib

Azad edilmiş ərazilərdə 508 meyit qalıqları tapılıb
Xanlar Vəliyev
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Ermənistan tərəfindən 3890 nəfər itkindən sadəcə 120 nəfər şəxsin meyit qalıqları Azərbaycan tərəfinə təhvil verilib”.

    Bunu Azərbaycanın Baş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

    “Hesab edirəm ki, konfransdakı müzakirələr itkin düşmüş şəxslərin meyitlərinin qalıqlarının tapılması ilə əlaqər işlərə təkan verəcək”,-o qeyd edib.

    X.Vəliyev vurğulayıb ki, itkin düşən şəxslərin taleyi daim ölkə Prezidentin diqqəti mərkəzində olub: “Bununla əlaqədar 44 günlük Vətən müharibəsindən sonra DTX, İtkin Düşmüş, Girov götürülümüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası və Hərbi Prokurorluğun birgə fəaliyyəti nəticəsində əsir və girov götürmə, işgəncə kimi hallarla əlaqədar çoxsaylı cinayət işləri açılıb”.

    “İşğaldan azad edilmiş ərazilərdə 508 nəfərə aid meyit qalıqları tapılıb”,- hərbi prokuror qeyd edib.