XƏBƏRLƏR / Seçki

Azad edilmiş ərazilərdə təşviqat üçün görüş yerləri

Fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində prezidentliyə namizədlər ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərdə təşviqat apara biləcəklər

Azad edilmiş ərazilərdə təşviqat üçün görüş yerləri
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində prezidentliyə namizədlər ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərdə təşviqat apara biləcəklər.

    Laçın, Şuşa, Zəngilan və Qubadlı rayonları üzrə namizədlər üçün ayrılmış seçkiqabağı təşviqat üçün daimi görüş yerləri ayrılıb.

    Siyahı aşağıdakı kimidir:

    121 saylı Laçın seçki dairəsində:

    Açıq məkan: Laçın şəhəri bulvar ərazisi Laçın şəhəri və Laçın rayon Zabux kənd tam orta məktəbin qarşısı

    Qapalı məkan: Lasinema Kino Mərkəz və Zabux kənd tam orta məktəbin akt zalı

     124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsində:

    Qapalı məkan: Şuşa şəhər 1 saylı tam orta məktəbin akt zalı

    125 saylı Zəngilan Qubadlı seçki dairəsində:

    Açıq məkan: Ağalı kəndi, Fəvvarələr meydanı

    Qapalı məkan: Ağalı kənd tam orta məktəbin akt zalı