Qayıdış

Azad edilmiş ərazilərə 5 ilə nə qədər pul xərclənəcək?

Maliyyə Nazirliyinin proqnuzu açıqlanıb

Azad edilmiş ərazilərə 5 ilə nə qədər pul xərclənəcək?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Maliyyə Nazirliyinin açıqladığı 2025-2029-cu illər üçün ortamüddətli büdcə çərçivəsinə istinadən məlum olub ki, hökumət növbəti 5 il üçün Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması üçün xərcləri 20 milyard manat səviyyəsində proqnozlaşdırır.

    Sənədə əsasən, bu xərclər dövlət büdcəsinin əsaslı xərclərinin təxminən 30 faizini təşkil edəcək.

    Yada salaq ki, 2021-2024-cü illərdə Azərbaycanın dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,35 milyard manat vəsait ayrılıb. 2025-ci ildə bu məqsədlərə 4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.