Azad edilmiş əraziləri zibilliyənlər sərt cəzalanmalıdır
Bunu Ekoloji Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi Hikmət Əlizadə deyib
Son vaxtlar azad edilmiş ərazilərin səfər edənlər tərəfindən zibillənməsi gündəmə gəlib.
Bununla bağlı Ekoloji Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi Hikmət Əlizadə natəmizlik yaradanlara qarşı daha sırt tədbirlər görülməsini təklif edib:
- Azad edilmiş ərazilərə səfər edərkən ətraf mühiti çirkləndirən şəxslərə qarşı daha ciddi tədbirlər görülməlidir.
- Azərbaycan qanunvericiliyində belə davranışa görə cəza nəzərdə tutulub. Fiziki şəxslər 700 manatdan 1000 manatadək, vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə, hüquqi şəxslər 10000 manatadək miqdarda cərimə edilə bilər.
- Hətta bu şəxslərin işğaldan azad edilmiş ərazilərə girişinin qadağan edilməsi təklifi ilə çıxış edərdim ki, bu, digər vətəndaşlara dərs olsun.