Azad olunan ərazilərdəki abonentlərin sayı
Bu barədə “Azərişıq” ASC-nin nümayəndəsi deyib
“Azərişıq” ASC-nin işğaldan azad olunan ərazilərdə artıq 932 abonenti var.
Bu barədə “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə Hadrutda qurumun bu ilin 6 ayı üzrə görülmüş işlərə dair media nümayəndələri ilə görüşündə bildirib.
Onun sözlərinə görə, qeyd olunan abonentlərin 279-u qeyri-əhali abonent qrupunun payına düşür.
İşğaldan azad olunan ərazilərdəki abonentlərin hamısı smart sayğaclarla təmin ediliblər: “Növbəti illərdə abonentlərin sayı daha çox artacaq”.