Xankəndidə yeni tədris ilində 1000 tələbə oxuyacaq VİDEO
Elm və təhsil naziri Emin Əmrullayev danışır
Qarabağ Universitetini 1969-cu ildən fəaliyyətə başlamış ali təhsil müəssisəsi hesab edirik.
Bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, həmin ildən 1988-ci ildə orada ali təhsil müəssisəsi fəaliyyət göstərib:
"Xankəndidə 800-1000 min tələbənin təhsil almasını planlaşdırıq. Əsas tədris və idarəetmə heyətinin daimi yerləşdirilməsi nəzərdə tutulub. İlkin mərhələdə onların sayı 30-40 nəfər olacaq. Professor və müəllim heyətinin intensiv modullar əsasında səfəri və onlayn qaydada tədrisin təşkili nəzərdə tutulub. Növbəti ildən ənənəvi qəbul prosesi ilə I kurslara qəbul aparılacaq. SABAH qruplarına müsabiqə əsasında II kursların da qəbulu nəzərdə tutulur".
Qarabağ Universitetində ilkin dövrdə 4 fakültə olacaq.
Emin Əmrullayev bildirib ki, universitetdə müəllimlik, texnologiya, beynəlxaq idarəetmə və humanitar fakültələrə tədris olunacaq.
"Növbəti illərdə ixtisaslar artırılacaq. Elmi fəaliyyət üçün şərait yaratmağı da planlaşdırırıq. Həm Azərbaycanda olan və uzun müddət xaricdə olan alimlərimiz bu işdə kömək olmaq üçün müraciət edirlər", - nazir deyib.
Emin Əmrullayevin sözlərinə görə, uniersitetdə 16 ixtisas tədris olunacaq. Universitetdə ibtidai sinif müəllimliyi, məktəbəqədər təhsil, riyaziyyat müəllimliyi, informatika müəllimliyi, korreksiyaedici təlim, təhsildə sosial-psixoloji xidmət, informasiya texnologiyaları, kompüter elmləri, kompüter mühəndisliyi, qida mühəndisliyi, şəhərsalma, inşaat mühəndisliyi, beynəlxalq münasibətlər, regionşünaslıq, tarix, kommunikasiya və rəqəmsal media, beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə-marketinq, menecment, mühasibat, turizm işinin təşkili və turizm bələdçiliyi ixtisasları tədris olunacaq.
Nazir söyləyib ki, növbəti mərhələdə ixtisas seçimlərini sayı artırılacaq.
"Azərbaycan etnik, dini, milli kimliyindən asılı olmayaraq tolerant ölkədir". Bunu da elm və təhsil naziri Emin Əmrullayev bildirib.
"Odur ki, erməniəsilli müəllimlər də Qarabağ Universitetində tədrisə cəlb oluna bilər" - nazir deyib.