XƏBƏRLƏR / İctimaiyyət

Azad olunmuş ərazilərdə zərərsizləşdirilən minaların sayı

ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanovun dedikləri

Azad olunmuş ərazilərdə zərərsizləşdirilən minaların sayı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Müharibədən sonrakı dövr ərzində ANAMA və digər qurumlar tərəfindən 106 938.1 hektar ərazinin minalardan təmizlənməsi təmin edilib.

    Bunu Milli Məclisdə “Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə zamanı ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

    O bildirib ki, bu günədək ekoloji qiymətləndirmə və elmi tədqiqatlar üçün nəzərdə tutulmuş 12 514.7 hektar, həmçinin enerji layihələri üçün nəzərdə tutulmuş 6 261.4 hektar, kənd təsərrüfatı üçün 53 078.4 hektar, meliorasiya və su təsərrüfatı fəaliyyətləri üçün 3 421 hektar, nəqliyyat infrastrukturu üçün 5 759 hektar, yenidənqurma və yaşayış infrastrukturun inkişafı üçün 20 118 hektar, digər məqsədlər üçün 5 784.8 hektar ərazi partlayıcı sursatlardan təmizlənib: “Nəticədə təmizlənmiş 106 938.1 hektar ərazidən ümumilikdə 105 488 ədəd olmaqla, 30 539 piyada əleyhinə mina, 18 303 tank əleyhinə mina, 56 646 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib”.