Aydın Canıyev həbsdən çıxdı
Jurnalist E.Fətullayev A. Canıyevin sosial şəbəkədə onunla bağlı təhqirlər yazdığını əsas gətirərək Baş prokurorluğa müraciət etmişdi
Jurnalist Aydın Canıyev azadlığa buraxılıb. O, "haqqın.az" saytının rəhbəri Eynulla Fətullayevin şikayəti əsasında həbs olunmuşdu. A.Canıyevin 30 sutka inzibati həbs müddəti başa çatıb.
Qeyd edək ki, Eynulla Fətullayev A. Canıyevin sosial şəbəkədə onunla bağlı təhqirlər yazdığını əsas gətirərək Baş prokuror Kamran Əliyevə müraciət etmişdi.