Laçın DSKM-dən növbəti qrup erməni sakini Gorusa gedib
BQXK-nə məxsus 9 nəqliyyat vasitəsinin, 28 nəfər şəxsin keçidi olub
Qarabağda yaşayan erməni sakinlərin “Laçın” dövlət sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi davam edir.
Bu gün, sentyabrın 19-da Laçın DSKM-dən Xankəndi-Gorus istiqamətində BQXK-nə məxsus 9 nəqliyyat vasitəsinin, 28 nəfər şəxsin keçidi olub.
Bu şəxslərdən 5 nəfər BQXK üzvü, 9 nəfər sürücü, 7 nəfər xəstə, 6 nəfər müşayiətçi, 1 nəfər tibb işçisidir.