XƏBƏRLƏR / Nəqliyyat

AZAL-ın təyyarəsi geri qayıdıb

Bu barədə aviaşirkətdən xəbər verilib

AZAL-ın təyyarəsi geri qayıdıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus Bakı–Dammam marşrutu üzrə J2 8205 nömrəli reysi yerinə yetirən təyyarə Qətər hava məkanının bağlanması səbəbindən Bakı hava limanına geri qayıdıb.

    AZAL-dan bildirilib ki, “Airbus” tipli təyyarə yerli vaxtla saat 22:49-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.

    Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.