XƏBƏRLƏR / Hərbi

Azərbaycan 2030-cu ilə qədər hərbi xərcləri 8,6% azaldacaq

Bu nəticəyə Maliyyə Nazirliyinin saytında dərc olunan ortamüddətli büdcə materiallarına əsasən gəlinib

Azərbaycan 2030-cu ilə qədər hərbi xərcləri 8,6% azaldacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan hökuməti 2030-cu ilə qədər müdafiə və milli təhlükəsizlik üçün büdcə xərclərini 7,969 milyard manata (indiki məzənnə ilə 4,69 milyard dollar) azaltmağı planlaşdırır.

    Maliyyə Nazirliyinin saytında dərc olunan ortamüddətli büdcə materiallarına əsasən, 2026-cı ildə bu məqsədlər üçün xərclərin 8,715 milyard manat (5,12 milyard dollar) olacağı proqnozlaşdırılır.

    Beləliklə, Azərbaycan hakimiyyəti 2026-2029-cu illər arasında müdafiə və milli təhlükəsizlik xərclərini 8,6% azaldacaq. 2026-cı ildə müdafiə xərcləri bütün dövlət büdcəsi xərclərinin 20,9%-ni təşkil edəcək. 2029-cu ildə bu pay 18,4%-ə qədər azalacaq.

    2025-ci il üçün Azərbaycanın dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin 8,396 milyard manat (4,94 milyard dollar) olacağı proqnozlaşdırılır.

    İnterfax