XƏBƏRLƏR / Hərbi

Tərtərdə bir gündə iki nəfər minaya düşdü

Bir nəfər həlak olub, bir nəfər ayağından zədə alıb və xəstəxanaya yerləşdirilib

Tərtərdə bir gündə iki nəfər minaya düşdü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün saat 17 radələrində Tərtər rayonunun Çaylı kəndində piyada əleyhinə minanın partlaması nəticəsində  Yaquar Əliheydər oğlu Xadıyev həlak olub.

    Qeyd edək ki, Yaquar Hadıyev bundan əvvəl də minaya düşüb. O, martın 9-u Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində mina partlaması nəticəsində müxtəlif bədən xəsarətləri almışdı.

    Həmin vaxt Yaquarın sol aşağı ətrafının pəncə nayihəsi travmatik amputasiya edilib.

    Qeyd edək ki, Yaquar Hadıyev 1989-cu ildə anadan olub. O, Tərtər rayonunun Həsənqaya kəndindən idi.

    Oktyabrın 6-da saat 20:30 radələrində Tərtər rayonunun Həsənqaya kənd sakini, 1986-cı il təvəllüdlü Zaməddin Həsənli minaya düşüb.

    Hadisə ilə bağlı polisə məlumat daxil olub.

    Z.Həsənlinin ayağından zədə aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.