XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan 4 ayda 8 milyon tona yaxın neft ixrac edib

Bu barədə Dövlət Gömrük Komitəsinin statistikasında məlumat verilir

Azərbaycan 4 ayda 8 milyon tona yaxın neft ixrac edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu ilin yanvar-aprel aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 7 milyon 923 min 086,69ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

    Bu barədə Dövlət Gömrük Komitəsinin statistikasında məlumat verilir.

    Azərbaycandan ixrac edilən xam neftin dəyəri 4 milyard 365 milyon 297,57 min ABŞ dolları təşkil edib.

    İxrac edilən xam neftin həcmi 2025-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 3,42%, dəyəri isə 4,33 % azdır.

    Ötən 4 ayda Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 36,75 % olub.

    Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.Xarici ticarət dövriyyəsinin 11 milyard 879 milyon ABŞ dolları ixracın, 5 milyard 525 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,2 % artıb, idxal isə 32,1 % azalıb.