Azərbaycan Ay Stansiyasının tikintisi proqramına qoşuldu
Bu Rusiya və Çin birgə layihəsidir
Azərbaycan Beynəlxalq Elmi Ay Stansiyasının (BKS) tikintisi üzrə Rusiya-Çin birgə layihəsinə qoşulub.
Bu barədə CGTN telekanalı Çin Milli Kosmik Administrasiyasının (CNSA) bəyanatına istinadən məlumat yayıb.
Belə ki, oktyabrın 2-dən 6-dək Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində (IAC-2023) Çin və Azərbaycanın kosmik agentlikləri MNLS layihəsi üzrə əməkdaşlıq sazişi imzalayıblar. Agentlik bildirir ki, hər iki tərəf “elmi cihazların quraşdırılması, kadr hazırlığının təmin edilməsi və elmi-texnoloji təcrübələrin keçirilməsini əhatə edən proqramın müddəalarının nümayişi, həyata keçirilməsi, istismarı və tətbiqi sahələrində əməkdaşlığı gücləndirmək” barədə razılığa gəliblər.
Telekanal qeyd edir ki, bu günə kimi proqrama Azərbaycandan əlavə Pakistan, BƏƏ, Cənubi Afrika Respublikası, Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatı və İsveçrənin Nano-SPACE şirkəti də qoşulub.