XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan bu il neçə ölkəyə, neçə mln ton neft ixrac edib?

Dövlət Gömrük Komitəsi xəbər verir SİYAHI

Azərbaycan bu il neçə ölkəyə, neçə mln ton neft ixrac edib?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu ilin yanvar ayında Azərbaycan İtaliyaya 861 652,23 min ABŞ dolları dəyərində 1 847 915,54 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

    Dövlət Gömrük Komitəsinin hesabatına görə, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin həcminə və dəyərinə görə - ANSPress) ikinci yerdə Rumıniya qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 93 673,99 min dollar dəyərində 197 053,85 ton neft ixrac edilib.

    Azərbaycanın neft ixracı üzrə siyahıda (həcm və dəyərinə görə) üçüncü yerə Portuqaliya tutur. Yanvar ayında bu ölkəyə 44 337 min dollar 93 590,26 ton neft ixrac edilib.

    Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 11 ölkəyə 1 238 082,05 min dollarlıq 2 642 930,94 445,56 ton neft ixrac edib.

    Azərbaycanın bu ilin yanvar ayında neft ixrac etdiyi ölkələr və həcmə dair siyahı:

    Ölkələr

    Məbləğ, min $

    Miqdar (ton)

    -

    Cəmi

    1 238 082.05

    2 642 930.94

    1

    İtaliya

    861 652.23

    1 847 915.54

    2

    Rumıniya

    93 673.99

    197 053.85

    3

    Portuqaliya

    44 337.00

    93 590.26

    4

    Almaniya

    43 249.21

    91 294.06

    5

    Xorvatiya

    40 819.95

    86 166.17

    6

    Çexiya

    38 454.49

    82 403.50

    7

    Bolqarıstan

    37 415.05

    78 494.85

    8

    Tunis

    29 498.76

    61 269.98

    9

    Türkiyə

    19 543.44

    41 761.71

    10

    İndoneziya

    17 866.20

    38 554.41

    11

    Yunanıstan

    11 571.75

    24 426.62