Azərbaycan-Əfqanıstan işçi qrupu yaradıldı
Bununla bağlı parlamentdə müvafiq qərar layihəsi müzakirəyə çıxarılıb
Milli Məclisdə Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb.
Bununla bağlı parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb.
Parlamentin sədr müavini Musa Qasımlı işçi qrupunun rəhbəri seçilib.