XƏBƏRLƏR / Parlament

MM-də gələn ilin dövlət büdcəsinin müzakirəsi davam edir

Deputatlar müvafiq qanun layihəsi ətrafında fikir mübadiləsini davam etdirirlər

MM-də gələn ilin dövlət büdcəsinin müzakirəsi davam edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb.

    Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyində 12 məsələ yer alıb.

    Deputatlar “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ətrafında fikir mübadiləsini davam etdirəcəklər.

    Qeyd edək ki, 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində müəyyən edilib.