Milli Məclisin 2025-ci il üçün xərclər smetası
2024-cü illə müqayisədə bu 679 min 897 manat çoxdur
Milli Məclisin 2025-ci il üçün xərclər smetası 51 milyon 851 min 447 manat təşkil edəcək.
2024-cü illə müqayisədə bu 679 min 897 manat və ya 1,3 faiz çoxdur.
Parlamentin xərclərinin strukturuna 39 milyon 522 min 922 manat əməkhaqqı ödənişi, 300 min sosial ödənişlər daxildir.
Bundan başqa ölkə daxili ezamiyyətlər üçün 121 min 40 manat, ölkə xarici ezamiyyətlər üçün 2 milyon 300 min manat nəzərdə tutulub.
Xarici ölkələrin nümayəndə heyətlərinin, rəsmi şəxslərin qəbulu, onlara xidmət üçün 1 milyon 400 min manat vəsait ayrılıb.
Gələn ilin xərclər smetasına ev kirayələyən deputatlar üçün 26 min 400 manat xərc planlaşdırılıb.