XƏBƏRLƏR / Parlament

Baş nazir Əli Əsədov Milli Məclisdə hesabat verdi

Parlamentdə 2025-ci il dövlət büdcəsi layihəsinin üçüncü oxunuşda müzakirə edilib

Baş nazir Əli Əsədov Milli Məclisdə hesabat verdi
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Baş Nazir Əli Əsədov bazar ertəsi 2025-ci il dövlət büdcəsi layihəsinin üçüncü oxunuşda müzakirəsində:

    - Azərbaycan hökuməti növbəti 5 il üçün regionların sosial-iqtisadi inkişafına dair yeni Dövlət Proqramı hazırlamağı planlaşdırır.

    - Sənəd sahibkarlığın inkişafının dəstəklənməsi, kənd yerlərində infrastrukturun inkişafı və məşğulluğun artırılması, turizm potensialının inkişafına yönəlmiş tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

    - Azərbaycanın hərbi qüdrətinin artırılması hər zaman əsas prioritet olub. Gələn ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin 20,6 faizini təşkil edir.

    - Hazırda Azərbaycanda 473 məktəbin əsaslı təmirə ehtiyacı var. Bu, ölkədəki bütün məktəblərin 10%-ni təşkil edir. Bunlardan 2025-ci ildə 123 məktəbdə təmir-tikinti işlərinin aparılması nəzərdə tutulub. Bu işlər mərhələlərlə davam etdiriləcək və 2028-ci ilə qədər başa çatdırılması planlaşdırılır

    - Səhiyyə sektorunda davam edən islahatlar sayəsində 2024-cü ildə tibbi xidmətlər paketi çərçivəsində göstərilən xidmətlərin sayı 21% artıb.

    - Səhiyyə sektorunda aparılan islahatlar sayəsində 2024-cü ildə tibbi xidmətlər paketi çərçivəsində göstərilən xidmətlərin sayı 21% artıb.

    - Hökumət maliyyə dəstəyini nəzərə alaraq xidmətlərin əhatə dairəsinin genişləndirilməsini daim diqqətdə saxlayır. Hökumətin gündəliyinə indi hamımızı narahat edən və deputatlar tərəfindən qaldırılan bəzi sağlamlıqla bağlı məsələlərin daxil edilməsi nəzərdə tutulub.

    - Azərbaycan Prezidentinin sərəncamı ilə 2004-cü ildən Naxçıvana qazın verilməsi həyata keçirilir. Bu gün Naxçıvanın qazla təminatı 100 faizdir. Lakin Prezident İlham Əliyevin təşəbbüsü ilə Türkiyədən Naxçıvana ikinci xəttin çəkilməsinə hazırlıq yüksək səviyyədədir.

    - Səhiyyə sektorunda aparılan islahatlar sayəsində 2024-cü ildə tibbi xidmətlər paketi çərçivəsində göstərilən xidmətlərin sayı 21% artıb. Hökumət maliyyə dəstəyini nəzərə alaraq xidmətlərin əhatə dairəsinin genişləndirilməsini daim diqqətdə saxlayır. Hökumətin gündəliyinə indi hamımızı narahat edən və deputatlar tərəfindən qaldırılan bəzi sağlamlıqla bağlı məsələlərin daxil edilməsi nəzərdə tutulub.