Azərbaycan Ermənistandan dəqiq mina xəritələrini tələb edir
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib
“Keçmiş təmas xəttindən uzaqda, bir müddət əvvəl 2021-ci il Ermənistan istehsalı olan minaların aşkar edildiyi Laçın rayonunda növbəti mina partlayışı nəticəsində azərbaycanlı mülki şəxs xəsarət alıb.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, 2020-ci ildən bəri Azərbaycanda mina qurbanlarının sayı 290 nəfərdir.
“Ermənistan dəqiq mina xəritələrini təhvil verməlidir”, - məlumatda deyilir.