XƏBƏRLƏR / Qonşular

Azərbaycan əsgəri bıçaq zərbələrini yatdığı yerdə alıb

Bu məlumatı erməni blogeri Edvard Martirosyan verib

Azərbaycan əsgəri bıçaq zərbələrini yatdığı yerdə alıb
Edvard Martirosyan
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Erməni bloqeri Edvard Martirosyan Ermənistanın Şaki kənd sakinlərinə istinadən deyir ki, yerli sakin olan qadın evində yatan Azərbaycan əsgərini aşkar edərək, ona qorxusundan yatdığı yerdə bir neçə bıçaq zərbəsi endirib. Əsgərimiz oyanaraq özünü müdafiə etmək üçün müqavimət göstərib, sonra isə evi tərk edərək qaçıb.

    Şaki qəsəbəsinin inzibati rəhbərinin sözlərinə görə, "atəş açılmayıb, qadının ayağı yalnız yüngül zədələnib".

    Martirosyan qeyd edir ki, əsgərin qadına və onun uşaqlarına "təcavüz etməsi" uydurmasını revanşistlər ortaya atıblar ki, Ermənistan hakimiyyəti razılaşma əsasında yolunu azmış əsgəri Azərbaycana qaytarmasın. Bununla da Ermənistan-Azərbaycan münasibətləri gərginləşsin və sülh prosesi dayandırılsın.

    Qeyd edək ki, Martirosyan bu məlumatına görə erməni cəmiyyəti tərəfindən kəskin qınanıb və sosial şəbəkələrdə "linç" edilib.