Azərbaycan İƏT və CICA sammitlərinə ev sahibliyi edəcək
Bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib

2026-cı ildə Azərbaycan İƏT və CICA sammitlərinə ev sahibliyi edəcək.
Bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında “Qlobal cənubun və Qərbin yüksəlişi: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirə zamanı deyib.
Onun sözlərinə görə, gələn il Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammitinə ev sahibliyi edəcək və növbəti iki il ərzində struktura sədrlik edəcək.
Nazir müavini onu da əlavə edib ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) sammiti gələn il Azərbaycanda da keçiriləcək.