Azərbaycan İran, Rusiya və Çinin hərbi təlimlərində
“Dəniz təhlükəsizlik kəməri 2024” hərbi dəniz təlimlərinin əsas mərhələsi martın 12-də başlayır
İran, Rusiya və Çinin iştirakı ilə “Dəniz təhlükəsizlik kəməri 2024” hərbi dəniz təlimlərinin əsas mərhələsi martın 12-də başlayır və Hind okeanının şimal hissəsində baş tutacaq. Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, təlimlərdə Azərbaycan, Qazaxıstan, Oman, Pakistan və Cənubi Afrikanın silahlı qüvvələrinin nümayəndələri də iştirak edəcək.
Təlimlərin məqsədi regionda təhlükəsizliyi gücləndirmək, beynəlxalq dəniz ticarətini qorumaq, dəniz quldurluğu və terrorizmlə mübarizə, dəniz əməliyyatları sahəsində əməliyyat və taktiki təcrübə mübadiləsidir, "Tasnim" qeyd edir.