Azərbaycan mayda "OPEC+" kvotasından geri qalıb
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında deyilir
Azərbaycanda neft hasilatı may ayında gündəlik 440 min barel təşkil edib.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında bildirilir.
Məlumata görə, bu, aprel ayı ilə müqayisədə 10 min barel və ya 2,2 % az olub.
IEA analitiklərinin hesablamalarına görə, Azərbaycanın may ayında neft hasilatı "OPEC+" sazişi çərçivəsində planda nəzərdə tutulandan gündəlik 110 min barel geri qalıb.
Azərbaycanın "OPEC+" sazişi çərçivəsində bu il üçün neft hasilatı kvotası gündəlik 551 min barel təşkil edir.
1 dəqiqədən az