BLOQ

Azərbaycan mədəniyyəti müharibə iştirakçısı deyil, fəraridir

Hələ ki...

Azərbaycan mədəniyyəti müharibə iştirakçısı deyil, fəraridir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənilər üzərində qələbəni qüc nazirlikləri qazanıb.

    Teleşirkətlərimiz, Mədəniyyət Nazirliyi olsun, yaxud mətbuatımız, hamısı ermənilərə böyük hesab fərqi ilə uduzublar. Zamanı da fərqli yaşayırlar bu qurumlar. Güc nazirlikləri, məncə, 2020-ci ildədirlər. Müasir zəmanədədirlər. Mədəniyyət, teleşirkətlərimiz isə hələ də öz məğlub 1993-cü illərini yaşayırlar. Hələ də keçmişdədirlər.

    Barmaqlarınızı qatlayıb bu teleşirkətlərin, jurnalistlərin ermənilər üzərində bircə qələbəsini göstərin mənə. Göstərə bilməzsiniz!

    Qısası, qələbə yan ötüb mədəni-humanitar qurumlarımızdan.

    Qələbə yalnız güc nazirliklərinə aiddir.

    Çaxır çəlləyini qazıb yerdən çıxarmağa tələsməyin, jurnalistlər!
    Yazarlar, kino xadimləri, aktyorlar, rəssamlar, fotoqraflar! Sizin bu qələbəyə zərrə qədər də dəxliniz yoxdur. Sizə pivə də düşmür...