Beynəlmiləlçilik Azərbaycan Xalqının sivilliyinə işarədir
Əminəm ki, sərvətləri bol, inkişaf səviyyəsi məqbul olan Azərbaycanımızın müstəsna yüksək şüurluluğu ilə seçilən xalqı var VİDEO
Kapitulyasiya ayıb deyil - insanlığa qarşı buraxılan bir sıra səhvlərin və cinayətlərin nəticəsidir. Yaxşı bir şahmatçı uduzduğunu anlayan təqdirdə oyunu davam etdirməyəcəyi kimi, yaxşı bir general sağ qalan sonuncu əsgəri və qorumalı olduğu əhalini ölümə yollamaz.
Əminəm ki, sərvətləri bol, inkişaf səviyyəsi məqbul olan Azərbaycanımızın müstəsna yüksək şüurluluğu ilə seçilən xalqı var. Bunun əsas səbəbi onun beynəlmiləlçi fiziologiyası və ruhudur. Bütün bunları başa düşmək çox vacibdir, əks halda xalq zəifləyə bilər.
Bu günü biz, bütöv Azərbaycan olaraq yaxınlaşdırdıq. Qarabağ uğrunda iştirak etdiyim bütün döyüşlərdə 1990-cı ildən 2020-ci ilədək Azərbaycan uğrunda Mərd Ürəklə və Soyuq Qanla vuruşan xalqımızın bütün millətləri ilə - Aşşur, Avar, Çeçen, İngiloy, Kürd, Ləzgi, Malakan, Rus, Saxur, Tabasaran, Talış, Tat, Türk, Udin, Yəhudi və digərləri ilə çiyin-çiyinə olmuşam. Bir çoxu bu günü görmədi, amma onun gerçək olması üçün öz canlarını əsirgəmədilər!
Allah Sizə rəhmət eləsin, Azərbaycan Şəhidləri!
Allah Sizi qorusun, Azərbaycan Xalqı, başda Ali Baş Komandan olmaqla, Azərbaycan Ordusu!