
Bu gün qəhrəman Ukrayna xalqının Rusiyanın açdığı işğalçı, qəsbkar, ədalətsiz müharibəyə müqavimət göstərməsinin, bütün təhdidlərə, təzyiqlərə, tökülən qanlara baxmayaraq öz Torpaqlarını, Dövlətçiliyini, Şərəfini və Gələcəyini qoruduğunun 3-cü ildönümüdür.
Böyük qanlar tökən Müharibə hələ davam edir!
Böyük qanlar hesabına Mübarizə hələ davam edir.
Biz, Azərbaycan xalqı, öz ordusuna və liderinə arxa duraraq bütün bu işğallardan, müharibələrdən, onların törətdiyi qanlı faciələrdən, qaçqınlar, köçkünlər dalğalarından mərdliklə keçmiş və bu gün öz ərazi bütövlüyünü bərpa etmiş, Dövlətçiliyini qorumuş və Şərəfini saxlamış xalq olaraq mübariz Ukrayna xalqına nümunəyik, dəstəyik, onun yanındayıq və onun Qələbəsinə inanırıq.
Çünki bu gün Ukraynada düşmənə və onun havadarlarına " Yox" deməyi bacaran qəhrəman XALQ, ORDU və LİDER var!
Qələbə sənindir, Ukrayna xalqı!
Ukraynaya Eşq olsun!
Ukrayna qəhrəmanlarına Eşq olsun!