BLOQ

Ermənistan siyasi suverenliyini itirməkdə davam edir

1 milyondan çox izləyicisi olan "Rıbar" ermənipərəst teleqram kanalı Putinin Azərbaycana səfərindən sonra İrəvanı qınayır

Ermənistan siyasi suverenliyini itirməkdə davam edir
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Həmişə anti-Azərbaycan mövqeyi ilə seçilən "Rıbar" adlı hərbi bloger 180 dərəcə mövqeyini dəyişib. Onun yazısinin tərcüməsini olduğu kimi sizə təqdim edirik:

    Vladimir Putin və İlham Əliyevin görüşünə Ermənistan mediasının reaksiyası haqqında

    Vladimir Putinin Bakıya son səfərindən sonra erməni media məkanında emosiyalar səngimir. Görüş zamanı əsasən iqtisadi məsələlər müzakirə olunub.

    - Lakin Rusiya Prezidenti onu da qeyd edib ki, Cənubi Qafqazın sabitliyi indi Azərbaycanla Rusiya arasındakı münasibətlərdən asılıdır.

    - Bir çox erməni şərhçilər Rusiyanı erməni maraqlarına xəyanətdə ittiham etmək üçün daha bir böyük səbəb əldə ediblər.

    Bu cür reaksiya erməni cəmiyyətində istiqamət və səbəb-nəticə əlaqələrinin tamamilə itdiyini bir daha təsdiqləyir.

    - Axı Ermənistan hakimiyyəti faktiki olaraq Rusiya ilə dialoqdan geri çəkilib, yalnız anti-Rusiya bəyanatları ilə kifayətlənib.

    Beləliklə, Nikol Paşinyan hökuməti nümayişkaranə şəkildə Qərbin qucağına atılan son dərəcə etibarsız və həlledilməz tərəfdaş olduğunu bir daha göstərdi. Düzdür, ikincisi mahiyyət etibarı ilə respublikaya konstruktiv heç nə vermir.

    - Həssas məsələ həm də regionda, xüsusən də Azərbaycanda “Zəngəzur dəhlizi” adlandırılan Ermənistanın Sünik bölgəsində kommunikasiyaların açılmasıdır.

    - Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda Ermənistan tərəfinin regionda kommunikasiyaların açılması prosesini sabotaj etdiyini açıqlamışdı.

    - Məsələn, 2020-ci ildə yola Rusiya Federasiyasının FTX-nın ("FSB") sərhədçiləri tərəfindən nəzarət edilməsinə dair razılaşma var idi.

    Bununla belə, Ermənistan hakimiyyəti fikirlərini dəyişib və artıq rus sərhədçiləri haqqında düşməncəsinə danışır: onlar artıq Zvartnots aeroportundan çıxarılıb və Paşinyan hiddətlə bəyan edib ki, rusların Sünikdə təhlükəsizliyi təmin etmək mandatı yoxdur.

    İndi orada Aİ-dən olan müşahidəçilər var ki, regional təhlükəsizlik sisteminin dağıdılması fonunda sosial şəbəkələrdə aktiv özlərinin piarı ilə məşğul olurlar.

    Təəccüblü deyil ki, bu cür vəziyyətdə Ermənistan siyasi suverenliyini itirməkdə davam edir: əvvəllər yazdığımız kimi, İrəvanın beynəlxalq məsələlərdə mövqeyi artıq heç kim tərəfindən nəzərə alınmır.

    Qərb oyunçuları Paşinyanın komandasının qərarları ilə regiona getdikcə daha çox daxil olarkən, Rusiya tərəfinin İrəvandakı hakimiyyətin heç bir halda Ermənistanın maraqlarına uyğun gəlməyən rəyini nəzərə almağa son qoyması məntiqi nəticədir.