Azərbaycan Milli Kibertəhlükəsizlik Agentliyini Yaradır
Prezidenti İlham Əliyev bu barədə fəran imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev kibertəhlükəsizlik sahəsində yeni ixtisaslaşmış dövlət qurumu - Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması haqqında fərman imzaladı. Agentlik Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tabe olacaq.
Yuxarıda qeyd olunan fərmanla agentliyin nizamnaməsi də təsdiqləndi: yeni agentliyin nizamnamə kapitalı cari ilin dövlət büdcəsində ayrılmış vəsait hesabına formalaşdırılacaq.
Yeni agentliyin vəzifələrinə aşağıdakılar daxil olacaq:
▪️ İnformasiya infrastrukturu subyektlərinin fəaliyyətini əlaqələndirmək;
▪️ İnformasiya sistemlərinin kibertəhlükəsizliyinin pozulmasına yönəlmiş hərəkətlərin aşkarlanması, araşdırılması və qarşısının alınması;
▪️ Bu sahədə profilaktik tədbirlərin həyata keçirilməsi.
Bundan əlavə, agentlik mövcud və potensial kibertəhdidlər barədə məlumat verəcək, ictimaiyyəti, dövlət və qeyri-hökumət təşkilatlarını maarifləndirəcək və onlara metodoloji dəstək göstərəcək.
1 dəqiqə