XƏBƏRLƏR / İdman

Azərbaycan millisi FIFA U-15 DÇ-da son oyununa çıxıb

Dünya çempionatı bu gün mükafatlandırma və bağlanış mərasimi ilə yekunlaşacaq

Azərbaycan millisi FIFA U-15 DÇ-da son oyununa çıxıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 12:47

    Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalında sonuncu oyununu keçirib.

    Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv 83-cü yer uğrunda görüşdə Əfqanıstan yığması ilə qarşılaşıb. Hövsan Yarış Kompleksində keçirilən qarşılaşmanın əsas vaxtı 3:3 hesablı heç-heçə ilə yekunlaşdığı üçün penaltilər seriyası oynanılıb.

    Burada daha dəqiq oynayan (3:2) Əfqanıstan yığması dünya çempionatında 83-cü yeri tutub.

    Qeyd edək ki, dünya çempionatı bu gün Bakı Kristal Zalında keçiriləcək final oyunu, mükafatlandırma və bağlanış mərasimi ilə yekunlaşacaq.

    ***

    10:16

    Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalında bu gün sonuncu oyununu keçirəcək.

    Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv 83-cü yer uğrunda görüşdə Əfqanıstan yığması ilə qarşılaşacaq. Hövsan Yarış Kompleksində keçiriləcək qarşılaşma saat 11:30-da başlayacaq.

    Qeyd edək ki, dünya çempionatı bu gün Bakı Kristal Zalında keçiriləcək 6 final oyunu, mükafatlandırma və bağlanış mərasimi ilə yekunlaşacaq.