XƏBƏRLƏR / İdman

Azərbaycan millisi Litvanı məğlub edib

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında üçüncü oyununu keçirib

Azərbaycan millisi Litvanı məğlub edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ayxan Abbasovun başçılıq etdiyi kollektiv D Liqasının 2-ci qrupunda Litva yığmasını sınağa çəkib.

    Bakıda "8-ci kilometr" stadionunda oynanılan qarşılaşma komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybulayev vurub.

    Bu nəticədən sonra xallarını 5-ə çatdıran Azərbaycan millisi qrupda liderliyi ələ keçirib. Litva 4 xalla ikinci, Lixtenşteyn isə 1 xalla sonuncudur.

    Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında son oyununu noyabrın 13-də səfərdə Lixtenşteynə qarşı keçirəcək.