XƏBƏRLƏR / Rəsmi

Azərbaycan mina xəritələri əvəzinə Ermənistana nə verəcək?

Baş prokuror Kamran Əliyev separatçıların Ermənistana qaytarıla biləcəyinə aydınlıq gətirib

Azərbaycan mina xəritələri əvəzinə Ermənistana nə verəcək?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Uzun illər Azərbaycana və Azərbaycan xalqına qarşı, sülhə və bəşəriyyətə qarşı cinayətlər, digər ağır və xüsusilə ağır cinayətlər törətmiş separatçılar sonrakı dövrlərdə də yerli antiterror tədbirləri çərçivəsində saxlanılıb".

    Baş prokuror Kamran Əliyev Bu barədə Baş Prokurorluqda 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlıqla mübarizə, istintaq-əməliyyat, prokurorluq nəzarəti sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş genişləndirilmiş kollegiya iclasında bildirilib.

    O qeyd edib ki, separatçılara qarşı hökm Azərbaycan məhkəmələrində çıxarılacaq.

    O ki qaldı mina təhlükəsinə, Kamran Əliyev qeyd edib ki, 2023-cü ildə ermənilərin Azərbaycan ərazisində yerləşdirdiyi minalarla 58 nəfər partladılıb.

    Onun sözlərinə görə, onlardan 19-u dünyasını dəyişib, 39-u müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ümumilikdə, 2020-ci ilin noyabrından 342 nəfər mina və ya partlamamış hərbi sursat tərəfindən partladılıb, onlardan 65 nəfər ölüb, 277 nəfər yaralanıb.