Azərbaycan nefti bahalaşdı
“Azeri Light”ın bir barelinin qiyməti 0,82 dollar artıb
Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,82 dollar artaraq 78,58 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin ötən il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.