Azərbaycan nefti bahalaşıb
"Azeri Light"ın bir barelə olan qiyməti 0.79% artıb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.69 ABŞ dolları və ya 0.79% artaraq 87,62 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ötən gün Azərbaycan nefti 86,93 dollara ticarət edilib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.